Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.
Qara Qarayev prospektində avtomobil golu keçən 2002-ci il təvəllüdlü Əliyev Təhmin Vahid oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.
