Bakıda gənci döyüb xəstəxanalıq etdilərbackend

Bakıda gənci döyüb xəstəxanalıq etdilər

Bakının Xətai rayonunda döyülmə hadisəsi baş verib.

KONKRET.az APA-ya istinadən xəbər veri ki, hadisə rayonun Nobel prospektində, “Günəş” marketin yaxınlığında qeydə alınıb.

1991-ci il təvəllüdlü Əliyev Ağacan İntiqam oğlu tanıdığı şəxslərlə mübahisə edib. Nəticədə o, döyülərək ağır xəsarət alıb.

Yaralı 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Ona qapalı kəllə-beyin travması, üzün çoxsaylı kəsilmiş yarası diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*