Bakıda güclü külək nə vaxt səngiyəcək? – RƏSMİ CAVABbackend

Bakıda güclü külək nə vaxt səngiyəcək? – RƏSMİ CAVAB

“Bu gün səhər saatlarından ölkə ərazisində başlayan güclü şimal-qərb küləyi gün ərzində davam edəcək”.

KONKRET.az xəbər verir ki, bu haqda informasiyanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova yayıb.

Onun sözlərinə görə, sabah səhər saatlarından başlayaraq küləyin gücü tədricən mülayimləşəcək:

“Gündüz saatlarında mülayim cənub küləyinin əsəcəyi gözlənilir”.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 18-23 m/s, arabir 27-32 m/s, günün birinci yarısında bəzi ərazilərdə arabir 35-38 m/s-dək güclənəcəyi, rayonlarında isə şimal-qərb küləyinin 15-20 m/s, arabir 25-30 m/s, bəzi Kür vadisi rayonlarında arabir 35-38 m/s-dək güclənəcəyi gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*