Bakıda iki sərnişin avtobusu toqquşdu: yaralılar varbackend

Bakıda iki sərnişin avtobusu toqquşdu: yaralılar var

Bakının Yasamal rayonunda iki sərnişin avtobusu toqquşub.

KONKRET.az APA-ya istinadla xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində baş verib.

“Xaliq Faiqoğlu” MMC-yə məxsus sərnişin avtobusu metronun “20 Yanvar” stansiyası istiqamətində hərəkətdə olarkən eyni istiqamətə gedən 194 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna çırpılıb. Qəza nəticəsində 6 nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə 3 Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin (TTTYX) avtomobili və canlı briqadası cəlb edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*