Bakıda liftdə xəsarət alanların son durumu açıqlandıbackend

Bakıda liftdə xəsarət alanların son durumu açıqlandı

“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 11:23-də Xətai rayonu, Babək prospekti, 10A ünvanından liftin qırılması səbəbi ilə çağırış daxil olub”.

KONKRET.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub:

“Hadisə nəticəsində 35 yaşlı şəxs (kişi cinsli) qapalı kəllə-beyin travması, 45 yaşlı şəxs (kişi cinsli) sol budun və topuğun travması diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*