Bakıda mancanaqda qadın meyiti tapıldıbackend

Bakıda mancanaqda qadın meyiti tapıldı

Bakının Xəzər rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

KONKRET.az xəbər verir ki, dünən axşam saatlarında Mərdəkan qəsəbəsi, Yesenin küçəsində “Azərsu” ASC-yə məxsus su quyusunun üzərində quraşdırılmış mancanaqdan qadın meyiti tapılıb.

İlkin araşdırmalar zamanı ölən qadının paytaxt sakini, 1964-cü il təvəllüdlü Həcərxanım Məmmədova olması məlum olub. Belə ki, mancanaqda əlini yumağa çalışan qadının boynunun hərəkət edən dirsəyin arasında qalması səbəbindən öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.//Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*