Bakıda marşrut avtobusu polis idarəsinin hasarına çırpıldı – RƏSMİ AÇIQLAMAbackend

Bakıda marşrut avtobusu polis idarəsinin hasarına çırpıldı - RƏSMİ AÇIQLAMA

Bakının Sabunçu rayonu ərazisində 198 saylı marşrut avtobusu qəza törədib.

KONKRET.az xəbər verir ki, sürücünün idarəetməni itirməsi səbəbindən avtobus Sabunçu rayon Yol Polisi İdarəsinin hasarına çırpılıb.

Bakı Nəqliyyat Agentliyi Sabunçu rayonu ərazisində qəza törədən 198 saylı marşrut avtobusu ilə bağlı məlumat yayıb.

Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, qəza törədən “AzLand Plaza” MMC nin müvəqqəti istismarında olan marşurut xəttidir:

“Hadisə barədə Bakı Nəqliyyat Agentliyi tərəfindən araşdırılma aparılır. Qəza zamanı sərnişinlər arasında xəsarət alan olmayıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*