Bakıda məktəbli qızı maşın vurub öldürdübackend

Bakıda məktəbli qızı maşın vurub öldürdü

Bakıda yeniyetmənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.AZ xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 17-də saat 20 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Allahverdiyev idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən qəsəbə sakini, 14 yaşlı Nəsibə Teymurovanı vurub.

Xəsarət almış piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

APA-nın əldə etdiyi məlumata görə, N.Teymurova orta məktəb şagirdi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*