Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası Bakıda məcburi köçkünlərin yaşadığı yataqxanada qeydə alınan yanğınla bağlı açıqlama yayıb.
Qurumdan KONKRET.az-a verilən məlumata görə, hadisə yerinə iki təcili yardım briqadası yollanıb.
Bildirilib ki, hadisə nəticəsində bir nəfərə yerində yardım edilib.

***
11:26
Bakıda yanğın hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva “Report”a bildirib.
O qeyd edib ki, hadisə paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsində qeydə alınıb:
“Qaçqınların müvəqqəti məskunlaşdığı yataqxananın köməkçi tikilisində 70 kvm2 sahədə yanğın olub. Əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunub. Yataqxana binası yanğından mühafizə olunub və yanğın söndürülüb”.
