Bakıda “Quran”ı təhqir edən müəllim işdən çıxarıldıbackend

Bakıda "Quran"ı təhqir edən müəllim işdən çıxarıldı

Dünən Bakı Dövlət Universitetində imtahan zamanı  müəllim İslam dinini və Quranı təhqir edib.

KONKRET.az-ın məlumatına görə, bu barədə universitetin III kurs tələbəsi Elnar Buludov sosial şəbəkədə məlumat paylaşıb.

Tarix kafedrasının müəllimi Rabil Süleymanlının imtahan zamanı islam dini və Qurani-Kərim haqqında təhqiramiz ifadələr işlətdiyini və onu “terrorçu” adlandırdığını qeyd edib.

Məsələ ilə bağlı açıqlama verən universitetin mətbuat katibi Pərvanə İbrahimova bildirib ki, müəllim auditoriyadan uzaqlaşdırılıb:

“Tarix kafedrasının müəllimi Rabil Süleymanlıya şiddətli töhmət verilib”.

Oxu.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*