Bakıda quzu ətinin qiyməti artdı – “25 manat olacaq”backend

Bakıda quzu ətinin qiyməti artdı - “25 manat olacaq”

Bakıda quzu ətinin qiymətinin artmasıyla bağlı xəbərlər təsdiqini tapdı. Hazırda paytaxtın mərkəzindəki mağazalarda quzu ətinin bir kiloqramı 20, ətraf qəsəbələrdə isə 19 manata satılır.

KONKRET.az xəbər verir ki, qəssablar quzu ətinin bahalaşmaqda davam edəcəyini bildiriblər: “Son bir həftədə aldığımız hər xırda baş heyvan üçün 20-25 manat əlavə vəsait ödəyirik”.

Qəssab Adil Quliyev Qurban bayramında quzu ətinin bir kiloqramının ən azı 21 manat olacağını bildirib. Onun sözlərinə görə, bahalaşma bayramdan sonra da davam edəcək: “Payızda quzu ətinin bir kiloqramı 25 manat olacaq”.

Qəssab qiymət artımını fermerlərlə əlaqələndirib. Bildirib ki, əvvəlki dövrlə müqayisədə indi diri heyvanı baha qiymətə alırlar. O, quzu ətinin bahalaşmasını rayonlarda xırda baş heyvan saxlayanların sayının azalması ilə izah edib. (Yeni Sabah)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*