Bakıda sakinlər yanğın olan hündürmərtəbəli binadan təxliyə edildibackend

Bakıda sakinlər yanğın olan hündürmərtəbəli binadan təxliyə edildi

Fövqəladə Hallar Nazirliyi Bakıda hündürmərtəbəli binada baş verən yanğınla bağlı məlumat yayıb.

KONKRET.AZ nazirliyin saytına istinadla xəbər verir ki, Bakı şəhəri Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində, şaxtada 3 m² sahədə dolab yanıb.

Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Şaxtadan keçən kommunikasiya xətləri yanğından mühafizə olunub. 

Qeyd edək ki, yanğın hadisə paytaxtın Xətai rayonu, Natiq Əliyev küçəsində yerləşən yaşayış binasında qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*