backend

Bakıda taksi piyadaları vurdu - Ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.AZ xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində baş verib.

Qəsəbə sakini, taksi faəliyyəti ilə məşğul olan, 1990-cı il təvəllüdlü Orxan Məmmədov idarə etdiyi “Daevoo-Centra” markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirərək yolun əks istiqamətinə çıxıb və piyadalar – 1985-ci il təvəllüdlü Xəyyam Hümmətov və 1995-ci il təvəllüdlü Sahil Qaybalıyevi vurub.

Nəticədə X.Hümmətov aldığı xəsarətlərdən ölüb, S.Qaybalıyev isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*