Bakıda torpaq sahələrinin ən ucuz və baha satıldığı ərazilər – VİDEObackend

Bakıda torpaq sahələrinin ən ucuz və baha satıldığı ərazilər - VİDEO

Ötən ilin müvafiq dövrü ilə müqayisədə paytaxtın torpaq bazarında qiymətlər artıb.

KONKRET.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bahalaşmanın 15-20 faiz civarında olduğunu bildirib.

“Əsas səbəb ildən-ilə təlabatın çoxalması, torpaq sahələrinin isə azalmasıdır. Suraxanı, Sabunçu və Qaradağ rayonları ərazisindəki torpaq sahələri daha ucuz qiymətə təklif edilir. Ən bahalı torpaq sahələri isə Nərimanov, Səbail və Nəsimi rayonlarının payına düşür”, – deyə R.Qasımzadə əlavə edib.

Ekspert qeyd edib ki, yaxın aylar ərzində qiymətlərdə dəyişiklik gözlənilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*