Bakıda yaşayış binasında YANĞIN: Sakinlər təxliyə edildibackend

Bakıda yaşayış binasında YANĞIN: Sakinlər təxliyə edildi

Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının III mərtəbəsində ümumi sahəsi 88 kvadrat metr olan mənzildə çarpayı və yataq dəsti yanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğın zamanı dörd nəfər xilas edilib və doqquz nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub.

Mənzil yanğından mühafizə edilib. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*