Bakıda yayılan kəskin qoxu ilə bağlı – RƏSMİ AÇIQLAMAbackend

Bakıda yayılan kəskin qoxu ilə bağlı - RƏSMİ AÇIQLAMA

“Bakı şəhərinin Nərimanov və Binəqədi  rayonlarında ətrafa kəskin  iy-qoxunun yayılması ilə bağlı  ETSN-in mütəxəssisləri tərəfindən araşdırma aparılıb. İy-qoxunun son günlər müşahidə edilən  yüksək temperaturun və durğun hava şəraitinin üstünlük təşkil etməsi səbəbindən  kanalizasiya sularının axıdıldığı Böyük Şor gölündən yayıldığı ehtimal edilir”.

KONKRET.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev bildirib.

O qeyd edib ki, mütəxəssislərimiz tərəfindən sözügedən ərazidə monitorinq keçirilib, atmosfer havasından nümunələr götürülüb: “Sabah bu barədə daha dəqiq məlumat veriləcək”.

=======================================================================================================

Bakının bəzi ərazilərində kəskin qoxu hiss olunur.

KONKRET.az-ın məlumatına görə, bu barədə sosial şəbəkədə də axşam saatlarından geniş müzakirələr gedir. Qoxunun daha çox 3, 7, 8, 9-cu mikrorayonlarda və Dərnəgül ətrafında hiss olunduğu qeyd olunur.

Qeyd edək ki, qoxunun səbəbi haqqında hələ ki Ekologiya və Təbii Sərvətlər Nazirliyindən açıqlama verilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*