Bakıda daha bir əsrarəngiz və böyük ticarət mərkəzi tikilib.
KONKRET.AZ BAKU.WS – ə istinadən xəbər verir ki, “Dəniz Mall” adlı həmin ticarət mərkəzi Bakı bulvarında yerləşir.
Belə ki, “Dəniz Mall” Bakı şəhərində, Xəzər dənizinin sahilindədir. Ticarət mərkəzinin açılışı 2019-cu ilin sonuna gözlənilir.
Ticarət mərkəzinin qeyri-adi dizaynı Azərbaycan gerbinin səkkizgüşəli ulduzundan ilhamlanmış londonlu dizayner Çapman Teylor tərəfindən qurulub.
