Bakıdan Suriya üçün göndərilən yardım TIR-ları Türkiyəyə çatdıbackend

Bakıdan Suriya üçün göndərilən yardım TIR-ları Türkiyəyə çatdı

Azərbaycanın paytaxtı Bakıdan Suriyaya getmək üçün yola düşən və 200 ton ərzaq məhsulu daşıyan 10 yük maşını (TIR) Sarp sərhəd-keçid məntəqəsindən Türkiyəyə daxil olub.

KONKRET.az bu barədə “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan dövlətinin Suriyaya göndərdiyi humanitar yardım Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) koordinasiyası altında ölkə üzərindən tranzit yolu ilə keçərək Çobanbeyə çatdırılacaq. Yardım maşınları Kilisdəki Çobanbey sərhəd-keçid məntəqəsindən keçdikdən sonra AFAD-ın logistika anbarlarına təhvil veriləcək. Anbarlarda görülən hazırlıqlardan sonra məhsullar Suriyada yardıma ehtiyacı olan ailələrə paylanacaq.

Qeyd edək ki, dekabrın 30-da Azərbaycan Prezidentinin göstərişinə əsasən, Suriyada humanitar böhrandan əziyyət çəkən əhaliyə yardım məqsədilə müvafiq yardım göndərilib. On yük avtomobilindən ibarət konvoyda ümumilikdə 200 tona yaxın ərzaq və qida məhsulları var./oxuaz

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*