Bakının mərkəzində yırtıcı canlı – Sakinlər təlaş içində … – FOTObackend

Bakının mərkəzində yırtıcı canlı - Sakinlər təlaş içində ... - FOTO

Sosial şəbəkələrdə şəhərin mərkəzində gəzən tülkünün görüntüləri yayılıb.

Adətən şəhərdən bir qədər kənar ərazilərdə gözə dəyən tülkülərə indi şəhərin mərkəzində, Dənizkənarı Milli Parkda da rast gələ bilərsiniz.

“Parkda tülkünün olması düzgün deyil. Bilmək olmaz, birdən ac olar, uşağın üzərinə cumar”, – sakin Baku TV-yə deyib.

Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsindən bildirilib ki, tülkü və ya buna bənzər canlılara rast gələndə bu zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Çağrı Mərkəzi”nə müraciət edilir.

Nazirliyin aidiyyəti struktur bölmələri həmin canlıların bulvar ərazisindən müvafiq qaydada uzaqlaşdırılması istiqamətində zəruri addımlar atır. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə qeyd olunub ki, məsələdən artıq xəbərdardırlar. Nazirliyin nəzdində fəaliyyət göstərən Bioloji Müxtəlifliyin Qorunması Xidməti tərəfindən zəruri tədbirlər görüləcək.

  • Lətif
    Dekabr 7, 2024 - 12:48

    Salam, Binəqədi rayon 9 mkr ərazisində yerləşən Zərifə Əliyeva adına park və Göz xəstəxanasının ətrafındada çoxdu tülkülər.

  • İko
    Dekabr 8, 2024 - 06:29

    Xətai rayonu ümumiyyətlə mərkəzidir Tülkülərin,Əhmədli,Xəzər,Günəşli doludur

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*