Balakəndə maşın vuran piyadanın vəziyyəti ağırdırbackend

Balakəndə maşın vuran piyadanın vəziyyəti ağırdır

Bu gün axşam saatlarında Balakən şəhərində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, rayonun Talalar kənd sakini, 1957-ci il təvəllüdlü Abdurəhman Əfəndi oğlu Hacıyev yolu keçmək istəyən zaman minik avtomobili tərəfindən vurulub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan A.Hacıyev Balakən Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. A.Hacıyevin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*