Balakəndə motosiklet kanala düşdü: İki nəfər ağır yaralandıbackend

Balakəndə motosiklet kanala düşdü: İki nəfər ağır yaralandı

Balakəndə motosiklet kanala düşüb, biri ağır olmaqla iki nəfər xəsarət alıb. 

KONKRET.az xəbər verir ki, hadisə axşam saat 20 radələrində Balakən-Qazbinə-İtitala avtomobil yolunun Kortala kənd inzibati ərazisindən keçən hissəsində baş verib.

Zaqatala rayon Danaşı kənd sakininin idarə etdiyi motosiklet yolun sərt döngəsində idarəetmədən çıxaraq yolun kənarındakı 1 metr dərinliyindəki kanala düşüb. Qəza nəticəsində motosikletin sürücüsü və sərnişin Zaqatala rayonu Danaçı kənd sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına  yerləşdiriliblər.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*