Balakleya üzərində Ukrayna bayrağı QALDIRILDIbackend

Balakleya üzərində Ukrayna bayrağı QALDIRILDI

Balakleyadakı inzibati binada Ukrayna bayrağı qaldırılıb.

KONKRET.az xəbər verir ki, bu barədə yerli teleqram kanalları məlumat yayıb. Onlar Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin şəhərə daxil olduğunu yazır.

“Təsdiq edə bilərik ki, Novaya Qusarovka üzərində Ukrayna bayrağı qaldırılıb, o, Balakleyanın bilavasitə yaxınlığındadır. Eyni sözləri Bayrak kəndi haqqında da demək olar. Bbizim bölmələrimiz ora getmişdi. Rus desantları var idi, bütün texnikanı orada qoyub qaçıblar. Çaxnaşmaya düşüb tələsiblər, Severski Donets çayına atıldılar”, – deyə teleqram kanalda yazıblar.

Ukrayna Silahlı Qüvvələrinin zabiti Taras Berezovets hazırda Xarkov vilayətindəki Balakleya yaxınlığındadır. O, hazırda orada Ukrayna qüvvələrinin hücumu barədə xəbər verib.

Artıq Balakleyada Ukrayna bayrağı qaldırıldığı deyilir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*