“Balet, ömrüm mənim” adlı sənədli film nümayiş olunub – FOTOLARbackend

“Balet, ömrüm mənim” adlı sənədli film nümayiş olunub - FOTOLAR

Azərbaycan Milli İncəsənət Muzeyində “Balet, ömrüm mənim” adlı sənədli film nümayiş etdirilib.

KONKRET.az xəbər verir ki, “Muzeydə kino” layihəsi çərçivəsində təqdim olunan film görkəmli balet ustaları, Azərbaycan Respublikasının Xalq artistləri, sevimli ömür-gün yoldaşları Rəfiqə Axundova və Maqsud Məmmədovun yaradıcılığına həsr olunub.

Film nümayişi çərçivəsində, həmçinin ekran əsərinin yaradıcı heyəti və balet ustalarının yaxınları ilə görüş keçirilib. Görüşdə görkəmli baletmeyster Maqsud Məmmədovun 95 illik yubileyi münasibətilə təbriklər səsləndirilib, eyni zamanda mərhum baletmeyster, milli balet səhnəsinin əfsanəsi adlandırıan Rəfiqə Axundovanın xatirəsi ehtiramla yad olunub.

Tədbirdə sənətkarların tamaşaçılarda dərin rəğbət hissi yaratmış yaradıcılıqlarından bəhs edilib. Yaradıcı heyət tərəfindən filmin çəkilişi zamanı yaşanan maraqlı anlardan söhbət açılıb, görüş iştirakçıları filmlə bağlı öz təəssüratlarını bölüşüblər.

Qeyd edək ki, sənədli film Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin sifarişi ilə “Dublyaj” studiyasında istehsal olunub. Filmin ssenari müəllifi Raya Abbasova, rejissoru Gülər Tokgözdür.

Natiq SƏLİM

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*