Kart sistemləri üçün xeyli təhlükəsizlik tədbirləri görülsə də, kart fırıldaqçılığının qurbanı olan kifayət qədər insan var. Ən kiçik bir səhv və ya diqqətsizlik belə kartınızı təhlükə altına sala bilər. Buna görə də bankınızın öz təhlükəsizlik sistemlərindən əlavə, sizin də fərdi olaraq həm kartınızı, həm də pulunuzu qorumaq üçün bəzi tədbirlər almalısınız.
Kartın şifrəsini, üzərindəki bitmə tarixini, kartın arxasındakı “cvv” kodunu alış-veriş edərkən heç kimlə paylaşmayın. Kartın üzərində olan 16 rəqəmli kod, eləcə də ad və soyadı paylaşmaq olar. Bankomatdan kartı aktiv edən zaman şifrə kimi doğum tarixinizi və ya sıralı nömrələri (1,2,3,4) daxil etməyin, nisbətən təxmin edilə bilən şifrələr təyin edin. Bankomatda şifrənizi daxil edərkən heç kimin görmədiyindən əmin olmalısınız. Kartınızı itirsəniz və ya oğurlandıqda bankla əlaqə saxlanılmalı, bu barədə məlumat verilməlidir.
Onlayn alış-veriş edərkən diqqətli olun!
Daxil olduğunuz alış-veriş saytının “https” əlaqəli və “ssl” təhlükəsizlik sertifikatı olduğuna diqqət edin.
