backend

Baş Nazir qardaşını vəzifədən AZAD ETDİ

Qırğızıstanın Baş naziri Uluqbəy Maripovun doğma qardaşı Bakıtbəy Maripov Nookat rayonunun hakimi (başçısı) vəzifəsindən azad edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabineti aparatının informasiya təminatı şöbəsindən məlumat verilib.

Bu, yeni Baş Nazirin maraqların toqquşmasından qaçmaq üçün verdiyi ilk qərarlardan biridir.

Qanunvericiliyə uyğun olaraq, yerli özünüidarəetmə orqanları icraedici hakimiyyətin bir hissəsidir və birbaşa hökumət başçısına tabedir.

Uluqbəy Maripov fevralın 3-də Qırğızıstanın Baş naziri təyin edilib. Həmin gün deputatlar onun hökumətinin tərkibini də təsdiqləyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*