“İşğalçı Rusiya Ukraynaya Livanın “Hizbullah” terror təşkilatını və Bəşər Əsədin muzdlu qatillərini göndərir”.
KONKRET.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.
Qərargahın yaydığı məlumatda qeyd edilib ki, Rusiya Silahlı Qüvvələrinin komandanlığı şəxsi heyətin itkilərinin əcnəbilər hesabına ödənilməsi üçün tədbirlər görməyə davam edir.
Belə ki, Rusiya Bəşər Əsədin pulla tutulmuş qatillərindən və “Hizbullah” terror təşkilatı üzvlərindən ibarət 1000-ə yaxın muzdlunu Ukraynaya cəlb edib. Muzdlulardan əsas tələb döyüş əməliyyatlarında iştirakdır.
Qeyd edək ki, Livanın İranla sıx əlaqədə olan hərbiləşmiş təşkilatı “Hizbullah” dünyanın bir sıra ölkəsində terror təşkilatı kimi qəbul olunub.
Xatırladaq ki, Rusiya Ukraynaya qarşı fevralın 24-dən müharibəyə başlayıb.
Vəsilə İbrahim,
KONKRET.az
