ABŞ Ədliyyə Nazirliyi Meksika narkokartelinin banisi “El Mayo” ləqəbli İsmael Zambada Qarsiya və “El Çapo” kimi tanınan Xoakin Quzmanın oğlu Xoakin Qusman Lopezi Texasda həbs edib.

KONKRET.az xəbər verir ki, Zambadanın tutulması üçün 15 milyon dollar mükafat təklif edilib.
Mövzu ilə bağlı verdiyi yazılı açıqlamada ABŞ-ın ədliyyə naziri Merrick Garland bildirib ki, bu mafiya ABŞ-da fentanil satışı ilə məşğul olub. Sinaloa karteli dünyanın ən təhlükəli narkotik kartellərindən biri hesab edilir. Kartelin başçısı İsmael Zambada Qarsiya və onun digər qurucusu “El Çapo”nun oğlu Lopes olduğu qeyd edilib.
Sinaola karteli ABŞ-da ən böyük narkotik tədarükçüsüdür.

ABŞ-da ən çox axtarışda olan narkotik tacirlərindən biri olan Sinaloa kartelinin aparıcı liderlərindən biri, 28 yaşlı Ovidio Quzman 2023-cü ilin fevralında Meksikanın şimalında yerləşən Kuliakan şəhərində keçirilən əməliyyat nəticəsində saxlanılıb və ABŞ-a ekstradisiya edilib.
“El Çapo” ləqəbli Xoakin Quzman ötən ilin iyulunda ABŞ-ın Nyu-York ştatında aparılan iş üzrə ömürlük həbs cəzasına məhkum edilib. 2001 və 2015-ci illərdə Meksikada iki yüksək təhlükəsizlik həbsxanasından qaçan Xoakin Quzman sonuncu dəfə 2016-cı ilin yanvarında tutularaq ABŞ-a ekstradisiya edilib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
