“Başqa iş axtarın” deyib səfirini geri çağıran Zelenskiyə Gürcüstandan SƏRT CAVABbackend

“Başqa iş axtarın” deyib səfirini geri çağıran Zelenskiyə Gürcüstandan SƏRT CAVAB

Volodimir Zelensky Ukrayna səfiri İqor Dolqovu Gürcüstandan geri çağırıb. 

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti videomüraciətində bildirib. Səfirin geri çağırılmasına səbəb diplomatın kifayət qədər məhsuldar işləməməsidir, çünki Tiflis Rusiyaya qarşı Qərbin sanksiyalara qoşulmayıb.

“Vaxtını boşa xərcləyənlər və yalnız vəzifədə qalmaq üçün çalışanlar var. Mən belə bir şəxsin, Ukraynanın Mərakeşdən səfirinin geri çağırılması ilə bağlı ilk sərəncamı bu gün imzaladım. Gürcüstandan da səfir geri qaytarılıb. Lütfən, başqa iş axtarın”, – deyə Zelenski bildirib.

Gürcüstan Zelenskinin Ukrayna səfirini Tiflisdən geri çağırmaq qərarını qəbuledilməz adlandırıb.

“Ukrayna hakimiyyətinin bu kədərli qərarı Gürcüstanı hərbi münaqişəyə cəlb etmək üçün koordinasiyalı hərəkətlərin ifadəsidir, biz buna imkan verməyəcəyik”, – deyə hakim partiyanın sədri İrakli Kobaxidze bildirib.

O qeyd edib ki, Ukrayna tərəfi qərara səbəb kimi Gürcüstanın Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdən imtina etməsini göstərib.

“Moldova, Türkiyə, Azərbaycan və İsrail kimi ölkələr də məhdudlaşdırıcı tədbirlərdən imtina ediblər, lakin oradakı səfiri geri çağıran olmayıb”, -deyə Kobaxidze qəzəblənib.

Qeyd edək ki, Ukrayna Mərakeşdən də səfirini geri çağırıb.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*