“Başqasının həyatını aldın, öz həyatını qurban ver” – Rusların 78 faizi muzdlulara edam cəzası TƏLƏB EDİRbackend

“Başqasının həyatını aldın, öz həyatını qurban ver” - Rusların 78 faizi muzdlulara edam cəzası TƏLƏB EDİR

Rusların əksəriyyəti Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşən üç əcnəbi muzdluya ölüm hökmü verilməsinin tərəfdarıdır.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, ruslar arasında keçirilən sorğunun nəticələri belə deməyə əsas verir. Belə ki, “DXR”də Ali Məhkəmənin Britaniya və Mərakeş vətəndaşlarına güllələnmə hökmü çıxarması xəbərinə respondentlər bu cür reaksiya veriblər.

Sorğunun nəticəsinə görə, rusların 78 faizi sərt hökmü tam dəstəkləyib. Onların fikrincə, muzdlulara verilən cəza qəddar, eyni zamanda ədalətlidir:

“Başqasının həyatını aldın, öz həyatını qurban ver. Hər şey ədalətlidir”, – deyə respondentlərdən biri vurğulayıb.

“Bunlar pul üçün insanları öldürən muzdlulardır, onların cəmiyyətdə yeri yoxdur” – digər respondent deyib.

Respondentlərin 1 faizi əlavə edib ki, ölüm hökmü muzdlular üçün layiqli cəzadır, lakin bu, edamdan daha humanist şəkildə həyata keçirilməlidir.

Tədqiqat iştirakçılarının 8 faizi isə ümumilikdə ölüm hökmünün əleyhinə olduqlarını açıqlayıblar. Bu kateqoriyadan olan respondentlər əmindirlər ki, günahkarları başqa üsulla cəzalandırmaq yolları var. Məsələn, muzdluları hərbi əsirlərlə dəyişdirmək və ya ağır işlərə göndərmək olar.

Rusların 3 faizi əlavə edib ki, ən ağır cinayətlər – terrorizm, pedofiliya, uşaqların qəsdən öldürülməsinə də edam cəzası verilməlidir.

Digər 10 faiz respondent isə cavab verməkdə çətinlik çəkdiyini etiraf edib.

Qeyd edək ki, sorğuda 15,5 min nəfər iştirak edib.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*