Bavariyada “Z” işarəsi qadağan olundu – QƏRARbackend

Bavariyada "Z" işarəsi qadağan olundu - QƏRAR

Bavariyada Putinin Ukraynadakı müharibəsinin simvolu olan “Z” işarəsinin kütləvi nümayişi cinayət xarakteri daşıyacaq.

KONKRET.az www.germania.one-ə istinadən xəbər verir ki, bu barədə Bavariyanın ədliyyə naziri Georq Eyzenrayx bildirib. Onun sözlərinə görə, “Bavariya prokurorluğu Ukraynada beynəlxalq hüququ pozan aqressiv müharibəni açıq şəkildə dəstəkləyən vətəndaşlara qarşı ardıcıl tədbirlər görəcək”.

Eyzenrayx vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna xalqına dəhşətli əzab verən cinayətkar müharibəyə başlayıb. Onun sözlərinə görə, Bavariya beynəlxalq hüququ pozan cinayətləri qəbul etmir, ona görə də Bavariya məhkəmə sistemi bunu diqqətlə izləyir: “Söz azadlığı konstitusiyamızın böyük sərvətidir. Almaniyada hər kəsə öz fikrini bildirməyə icazə verilir. Amma söz azadlığı cinayət hüququnun başladığı yerdə bitir”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*