Bayden Polşada Rusiyanın Ukraynadakı müharibəsini şərh edib.
KONKRET.az xəbər verir ki, bu gün ABŞ Prezidenti Polşada rəsmi görüşlərdən sonra ukraynalı qaçqınlarla görüşüb. O, Rusiyanın aqressiyasına, Ukraynada apardığı müharibəyə münasibət bildirib.
“Bu, azadlıq və repressiya, qaydalara və qanunlara əsaslanan dünya nizamı ilə kobud güc arasındakı mübarizədir. Biz özümüzü uzun döyüşə hazırlamalıyıq, bir günə, bir aya qalib gələ bilməyəcəyik”, – deyə Bayden vurğulayıb.
Natiq Səlim,
KONKRET.az
