Bayden Kambocaya GETDİbackend

Bayden Kambocaya GETDİ

ABŞ Prezidenti Cozef Bayden Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) sammitlərində iştirak etmək üçün şənbə günü Pnompenə gəlib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kambocanın İnformasiya Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Bayden ABŞ-ASEAN sammitində və Şərqi Asiya sammitində də iştirak edəcək. Noyabrın 13-də onun Yaponiyanın Baş naziri Fumio Kisida və Koreya Respublikasının Prezidenti Yun Sok Yol ilə ikitərəfli görüşləri gözlənilir. Bayden həmçinin Hind-Sakit okean regionunda əməkdaşlığı daha da gücləndirmək üçün Yaponiyanın baş naziri və Cənubi Koreya Prezidenti ilə üçtərəfli görüş keçirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*