Bayden: “Putin hakimiyyətdə QALMAMALIDIR”backend

Bayden: "Putin hakimiyyətdə QALMAMALIDIR"

“Putin hakimiyyətdə qalmamalıdır”.

KONKRET.az xəbər verir ki, bunu artın 26-da Varşavada çıxış edən ABŞ prezidenti Co Bayden deyib. O qeyd edib ki, Rusiya diktatoru Vladimir Putin hakimiyyətdə qalmamalıdır, o, bütün avtokratlar kimi, kim daha güclüdürsə, o, haqlı olduğuna inanır.

Ağ Ev rəhbəri vurğulayıb ki, Zelenski qanuni seçilmiş prezidentdir, babası nasist Almaniyasına qarşı vuruşmuşdur. Və onun ailəsi Holokostdan qaçıb.. Putinin özü isə “qarşısına nail ola bilməyəcəyi məqsəd qoyub”.

“Biz ukraynalıların xalqın birliyinin bir qəddar diktatorun planlarından daha güclü olduğunu necə nümayiş etdirdiyini görürük. Çoxdan keçmiş imperiyanı bərpa etməyə çalışan diktator öz məqsədlərinə çatmayacaq, çünki insanlar onun aləmində yaşamaq istəmir. Azad insanlar bunu heç vaxt dəstəkləməyəcəklər. Azad insanlar qaranlığın hökm sürdüyü dünyada yaşamaqdan imtina edirlər. Biz işığa, demokratiyaya, fürsət azadlığına çalışırıq”, – deyə Bayden bildirib.

Eyni zamanda o, əlavə edib ki, “bu adam hakimiyyətdə qalmamalıdır”.

Baydenin bu bəyanatı Amerikanın Moskvaya münasibətində əhəmiyyətli dəyişikliyi əks etdirir.

ABŞ rəsmiləri daha əvvəl bildiriblər ki, Putini hakimiyyətdən uzaqlaşdırmaq onların məqsədi deyil.

Dövlət katibi Entoni Blinken bu ayın əvvəlində deyib: “Bizim üçün bu, rejim dəyişikliyi ilə bağlı deyil. Rusiya xalqı kimə rəhbərlik etmək istədiklərinə qərar verməlidir”.

Daha sonra Ağ Ev Baydenin “Putin hakimiyyətdə qalmamalıdır” sözlərini izah edib.

“Bayden Rusiyada rejimin dəyişdirilməsinə çağırış etməyib”, – Ağ Ev bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*