Ağ Evin əməkdaşları ABŞ prezidenti Co Bayden üçün ictimaiyyət arasında özünü necə aparmalı olduğuna dair ətraflı təlimatlar (şparqalkalar) hazırlayır. O, təsadüfən onlardan birini zalda oturanlara göstərib.
KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı “Fox News” telekanalı yayıb.
Qubernatorlar, həmkarlar ittifaqı rəhbərləri və özəl şirkətlərin nümayəndələri ilə külək enerjisi ilə bağlı görüş zamanı çəkilmiş fotoşəkildə prezidentin əlində xüsusi kart olduğu əks olunub. Bu kağızda Amerika prezidentinin nitqinin mətnini, digərində isə “təlimatların” siyahısını görmək olar.
“Siz Ruzvelt Zalına daxil olursunuz və iclas iştirakçılarını salamlayırsınız. Sonra öz yerinizdə oturursunuz, mətbuat içəri girir”. Baydenin “şparqalkası”nın birində belə yazılıb.
Öz növbəsində, Ağ Ev belə kağızların adi hal olduğunu vurğulayıb.
“Bu, siyasətçilərin və hökumət rəsmilərinin ictimai tədbirlərdə istifadə etdiyi standart formatdır”, – administrasiya əlavə edib.

Roman Göytürk,
KONKRET.az
