Bayden Tixanovskaya ilə danışdıbackend

Bayden Tixanovskaya ilə danışdı

ABŞ Prezidenti Co Bayden Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskaya ilə telefon danışığı aparıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Məlumata görə, ABŞ lideri prezident təyyarəsinin göyərtəsində olarkən Tixanovskaya ilə danışıb. Bayden Varşavadakı çıxışında iştirak etdiyi üçün ona təşəkkür edib.

“Prezident ABŞ-ın insan hüquqlarının, o cümlədən ifadə azadlığının, azad və ədalətli seçkinin qorunmasında və inkişafında Belarus xalqına davamlı dəstəyini vurğulayıb”, – məlumatda deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*