Tehran Prezident Co Baydendən nüvə sazişinə qayıtmaqla bağlı heç bir xoşməramlı jest görməyib.
KONKRET.az ISNA-ya istinadən xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani deyib.
“Onların ritorikası dəyişib, ancaq biz bunu praktikada da görməliyik”, – deyə H.Ruhani bildirib.
Onun sözlərinə görə, İran xalqına qarşı maksimal təzyiq göstərilməsinin məğlubiyyətə düçar olacağına heç kimin şübhəsi olmayıb.
