Baydenin Putini “hərbi cinayətkar” adlandırmasına Kremldən SƏRT CAVABbackend

Baydenin Putini “hərbi cinayətkar” adlandırmasına Kremldən SƏRT CAVAB

Kreml ABŞ Prezidenti Co Baydenin Rusiya Prezidenti Vladimir Putinlə bağlı çıxışını “bağışlanmaz” adlandırıb.

KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Putinin mətbuat katibi Dmitri Peskov məsələ ilə bağlı açıqlamasında deyib:

“Dünyada yüz minlərlə insan bu ölkənin bombalarından dünyasını dəyişib. Bombaları dünyada yüz minlərlə insanın ölümünə səbəb olan dövlət başçısının belə ritorikasını qəbuledilməz və bağışlanmaz hesab edirik”.

Xatırladaq ki, Bayden Rusiya prezidentini “hərbi cinayətkar” hesab etdiyini bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*