“Bayram günləri və həftə sonlarında küçəyə çıxmağa qadağa qoyula bilər”.
KONKRET.az xəbər verir ki, bunu TƏBİB sədri Ramin Bayramlı bildirib.
R.Bayramlının dediyinə görə bu məsələyə qarşıdakı günlərdə baxılacaq:
“Bu qərarlar virusa yoluxanların sayından asılı olacaq. Məhdudiyyətlər aradan qalxdıqdan sonra analizlər aparılacaq. 10-14 gün sonra həmin dövrün nəticələrinə uyğun olaraq yenidən məhdudiyyətlər qəbul edilə bilər. Karantin rejiminin qaydaları daha da sərtləşdirilə bilər”.
