Gəncə şəhərində yerləşən “Bazarstore” mağazasında bədbəxt hadisə baş verib.
KONKRET.az xəbər verir ki, supermarketdə satıcı işləyən 1997-ci il təvəllüdlü Arzu Əliyeva mağazanın yük liftinin şaxtasına yıxılıb.
Ona qabırğaların çoxsaylı sınığı və daxili qanaxma diaqnozu qoyulub.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
Qafqazinfo
