Belarus diplomatı Rumıniya Xarici İşlər Nazirliyinə çağırıldıbackend

Belarus diplomatı Rumıniya Xarici İşlər Nazirliyinə çağırıldı

Belarus Prezidenti Aleksandr Lukaşenkonun sentyabrın 17-də “Milli Birlik Günü”ndə səsləndirdiyi bəyanatları ilə əlaqədar bu ölkənin Rumıniyadakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, Lukaşenko, xüsusilə, ABŞ-ın Ukrayna ərazisində Avropanı Rusiya ilə hərbi qarşıdurmaya sövq etdiyini və digər dövlətlərin, o cümlədən Rumıniyanın da birbaşa iştirak edəcəyini bildirib:

“Görüş zamanı Belarus diplomatına Buxarestin mövqeyinin elementləri barədə məlumat verilib. Beləliklə, Rumıniya tərəfi beynəlxalq münasibətlərdə güc çağırışları və güc təhdidləri əsasında ritorikanı qidalandıran belə qəbuledilməz ittihamları qətiyyətlə rədd edir.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*