Belarus-Litva sərhədində 700-dən çox yük maşını növbə gözləyirbackend

Belarus-Litva sərhədində 700-dən çox yük maşını növbə gözləyir

Litva və Belarus sərhədində 769 yük maşını keçid məntəqələrində növbə gözləyir.

KONKRET.az xəbər verir ki, bu barədə “TASS” Litvadakı Nəzarət Məntəqələri Direktorluğuna istinadən məlumat yayıb.

Bildirilib ki, daha 40-a yaxın yük maşını Kalininqrad vilayətinə daxil olmaq üçün növbə gözləyir.

Səhər saatlarında Litva və Belarus arasındakı dörd sərhəd keçid məntəqəsinin hamısında növbələr müşahidə olunub.

Qeyd edilib ki, ən böyük sıxlıq Medininkay kəndindəki sərhəd keçid məntəqəsində yaranıb. Orada 326 yük maşını dayanır və onların növbədə qalma müddəti orta hesabla 32 saatdır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*