Belarus səfirliyi Azərbaycanı təbrik etdibackend

Belarus səfirliyi Azərbaycanı təbrik etdi

Belarusun Azərbaycandakı səfirliyi Azərbaycanı Konstitusiya Günü münasibətilə təbrik edib.

KONKRET.az xəbər verir ki, bu barədə səfirliyin rəsmi “Twitter” səhifəsində paylaşım edilib.

“Noyabrın 12-də Azərbaycanda Konstitusiya Günü qeyd olunur. Milli bayram münasibətilə Azərbaycanı səmimi qəlbdən təbrik edirik. Arzu edirik ki, Əsas Qanun hər zaman ölkənin suverenliyinin, sabitliyinin və gələcək inkişafının etibarlı təminatçısı olaraq qalsın!” – deyə paylaşımda qeyd edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*