Belarusun Baş Qərargah rəisinin Ermənistana təcili səfəri –  Ermənilər bu ölkədən silah almaq niyyətindədir – FOTObackend

Belarusun Baş Qərargah rəisinin Ermənistana təcili səfəri -  Ermənilər bu ölkədən silah almaq niyyətindədir - FOTO

Dağlıq Qarabağ ətrafında yaranan situasiya da əsas səbəblərdən biridir.

KONKRET.Az xəbər verir ki, bu gün Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – Müdafiə Nazirinin I müavini, general-mayor Oleq Belokonevin Ermənistana rəsmi səfəri başlayıb.

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Artak Davityan və Belarus Silahlı Qüvvələri Baş Qərargah rəisinin iştirakı ilə geniş tərkibli görüş keçirilib.

Görüşdə Qafqaz bölgəsindəki hərbi-siyasi vəziyyət müzakirə edilib. Tərəflər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş danışıblar. Münaqişə tərəflərinin Nyu-York görüşü barədə ətraflı fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, hazırda bölgədəki hərbi vəziyyət qənaətbəxş deyil.

Ermənistan tərəfi Belarusla hərbi və hərbi-texniki əməkdaşlıqda maraqlı olduğunu deyib, bu ölkədən silah alınması ilə bağlı danışıqların başlanmasının vacibliyi qeyd olunub. Ermənistan və Belarus hərbçilərinin ikitərəfli və çoxtərəfli formatda birgə iştirakı ilə bağlı məsələlər də görüşdə müzakirə edilib.

İki ölkənin silahlı qüvvələrinin Baş qərargahları arasında əməkdaşlıq və gələcək iş sahələri barədə də fikir mübadiləsi aparılıb.

“KONKRET” Beynəlxalq Araşdırmalar Qrupu hesab edir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Belarusdan silah almaqla bu ölkə ilə münasibətlərini yaxşılaşdırmaq istəyir.

“KONKRET” BEYNƏLXALQ ARAŞDIRMALAR QRUPU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*