Belarusun dövlət borcu “qırmızı” xəttə yaxınlaşdıbackend

Belarusun dövlət borcu "qırmızı" xəttə yaxınlaşdı

Bu ölkənin Maliyyə Nazirliyi dövlət borcu ilə bağlı məlumat yayıb. Konkret.az yerli mediaya istinadla xəbər verir ki, üç illik maliyyə proqramına görə, 2019-2021-ci illər üçün dövlət borcunun həddi ÜDM-in 45 faizini təşkil edir.

1 avqust 2019-cu il tarixinə dövlət borcu ÜDM-in 34,7% -nə bərabər idi. İlk baxışdan dövlət borcu kritikdən çox uzaqdır. Açıqlanan statistikaya görə, avqustun 1-nə olan dövlət borcu 42,7 milyard BYN təşkil edib ki, bu da 21 milyard ABŞ dolları deməkdir.

1 yanvar 2019-cu il tarixinə daxili dövlət borcunun yalnız 16,7 faizi Belarus rublundakı öhdəliklərdən ibarətdir. Qalanı dollar (50.5%), avro (32.7%) və Rusiya rublu (0.1%) ilə olan borclardır.

Zəmanətlərin böyük əksəriyyəti dövlət müəssisələrinə, eləcə də dövlət payı olan şirkətlərə verilir və mahiyyət etibarilə dövlət borclarının davamıdır. Ölkə iqtisadiyyatına qoyulan Çin kreditlərinin həcmi də olduca böyükdür.

“Maliyyə, Mühasibat, Audit” jurnalının son sayında maliyyə nazirinin müavini Andrey Belkovets bildirib ki, 2020-2024-cü illərdə dövlət borcunun geri qaytarılması prosesinə başlanılacaq.

Beləliklə, 2020-ci ildə Belarus kreditorlara 3,5 milyard, 2021-ci ildə – 3,2 milyard, 2022-ci ildə – 3,3 milyard, 2023-cü ildə – 3.8 milyard ABŞ dolları ödəməli olacaq. 2024-cü il – 2,6 milyard dollar təşkil edəcək.

Maliyyə Nazirliyinin qiymətləndirmələrində zəmanətlərin zəif əks olunduğu aydındır. Buna görə növbəti 5 il üçün borcun ödənilməsinin real miqdarı daha yüksək olacaq.

Milli Bankın hesablamalarına görə, 2017-ci ildə ən böyük dövlət müəssisələrinin borcları ÜDM-nin 14 faizini təşkil edib.

Hazırladı: Natiq Səlim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*