Hörmüzdə daha iki tanker minaya düşüb alovlandı backend

Hörmüzdə daha iki tanker minaya düşüb alovlandı 

Hörmüz boğazının cənub hissəsində dəniz minalarına dəyməsi nəticəsində iki neft tankeri yanıb.

KONKRET.az xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.

Bildirilib ki, sözügedən tankerlər naviqasiya və avtomatik identifikasiya sistemlərini (AİS) söndürərək boğazdan icazəsiz marşrutla gizli şəkildə keçməyə cəhd göstəriblər.

Minalara toxunduqdan sonra tankerlərdə güclü partlayış və yanğın meydana gəlib. Hazırda hər iki neft tankeri SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin nəzarəti altındadır. Gəmilərin dəniz hərəkətini idarəetmə mərkəzinin xəbərdarlıqlarına əməl edərək Fars körfəzi istiqamətində geri qayıtdığı qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*