Belqorod sakinlərindən etiraz: “Solovyov üzr istəsin!”backend

Belqorod sakinlərindən etiraz: "Solovyov üzr istəsin!"

Rusiyanın Belqorod şəhərinin sakinləri telejurnalist Vladimir Solovyovun “Rossiya-1” telekanalındakı işindən çıxarılmasını tələb edirlər.

KONKRET.az “Dojd” telekanalına istinadən xəbər verir ki, Solovyovun efirdən belqorodluların ünvanına təhqirlər yağdırması Ukrayna Slahlı Qüvvələrinin fasiləsiz bombardmanına məruz qalan yerli sakinləri hiddətləndirib.

Artıq Solovyovun federal telekanaldakı işindən azad olunması tələbi ilə change.org saytında petisiya yerləşdirilib. Petisiyanı 2302 belqorodlu imzalayıb və bu sayın artacağı gözlənilir. Petisiya müəllifləri həm də Solovyovun publik şəkildə belqorodlulardan üzr istəməsini tələb edirlər.

Qeyd edək ki, “Solovyov LIVE” qrupunda şərh hissəsi bağlanıb. Çünki Belqorod sakinləri kütləvi şəkildə teleaparıcıya etirazlarını bildirməkdədirlər. Onlar Solovyovu bronejiletsiz şəhəri gəzməyə, şəhərdən efirə çıxmağa və sonda əhalidən üzr istəməyə dəvət ediblər.

Daha sonra Solovyev “Rossiya-1” telekanalının efirində onun sözlərinin sosial şəbəkələrdə yanlış anlaşıldığını bildirib. O, iddia edib ki, “şəhərlə böyük ölkəni küsdürməyə çalışan” məxluqlar var.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*