“Bərabər davranın!” – Çin Qərbin ikili standartlarına QARŞI ÇIXDIbackend

"Bərabər davranın!" - Çin Qərbin ikili standartlarına QARŞI ÇIXDI

“Qərb qaçqınlar və insan haqları ilə bağlı ikili standartlar tətbiq edir”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Vinbin mətbuat konfransında bildirib.

Vanq qeyd edib ki, Qərb Rusiya-Ukrayna müharibəsi nəticəsində qaçqın düşənlərin hüquqlarını qoruyur, ancaq Yaxın Şərq, Afrika və Latın Amerikası ölkələrindəki qaçqınlar məsələsində bunu demək mümkün deyil.

Vanq Ukraynanın müstəqilliyinin toxunulmaz olduğunu bildirərək Qərbə BMT-nin Nizamnaməsinin məqsəd və prinsiplərini xatırladıb.

O xüsusilə vurğulayıb ki, bütün ölkələrin müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etmək və bərabər davranmaq lazımdır:

“İkili standartları bir kənara qoymaqla Avropada və dünyanın başqa yerlərində davamlı sülhə nail olmaq olar. Beynəlxalq ictimaiyyət Fələstin məsələsi və digər beynəlxalq və ya regional məsələlərdə ikili standartlar tətbiq etməməlidir”.

İqbal Rzayev,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*