“PetroChine” Çinin şimal-qərbində 1 milyard tondan çox neft yatağının aşkar edildiyini bildirib.
KONKRET.AZ bildirir ki, bu barədə Çinin ən böyük neft və qaz istehsalçısı Chine National Petroleum Corporationun (CNPC) yan qolu “PetroChina”nın sayında açıqlama verilib. Məlumatda 1 milyard tonu keçən neft yatağının Kansu bölgəsindəki Ordos hövzəsində tapıldığı qeyd edilib.
Aşkar edilən yeni neft yatağının dünyanın ən böyük 100 sahəsi arasında yer alacağı təxmin edilir. Lakin rekordlar siyahısına düşmə ehtimalı yoxdur.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının ən böyük neft yataqlarından biri olan “Gavar”da 12 milyard tonluq neft ehtiyatı var. Rusiyanın ən böyük, dünyanın 6-cısı olan “Samotlar” yatağındakı neft ehtiyatları isə 7 milyard tondur.
Hazırladı: Firuzə ALİMOVA
