Bəxtiyar Hacıyev Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb – Yenilənibbackend

Bəxtiyar Hacıyev Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb - YENİLƏNİB

Bəxtiyar Hacıyev artıq Bakı Şəhər Baş Polis İdarəsindən çıxdığını bildirib.

İctimai fəal polisə çağırılmağıyla bağlı açıqlama yayıb.

B. Hacıyev sosial şəbəkə hesabında hər şeyin yaxşı olduğunu qeyd edib:

“Deputat Fazil Mustafa mənim barəmdə Bakı Baş Polis İdarəsinə şikayət edib, həyatına təhdid olmağımı, “adam olmağa” çağırışımı təhdid, şantaj, hədə-qorxu saydığını bildirib.

Bununla bağlı mən Baş Polis İdarəsinə dəvət edildim, geniş izahat yazdım, millət vəkilinin vətəndaşları təhqir etməsinin yolverilməz olduğunu, deputat toxunulmazlığı arxasında gizlənərək vətəndaşları təhqir edə bilməyəcəyini bildirdim. Baş Polis İdarəsində normal şəkildə qəbul edildim, izahat yazdım, çıxdım”.

***

16:01

Bu gün ictimai fəal Bəxtiyar Hacıyev səhər saatlarından Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.

KONKRET.az-ın məlumatına görə, vəkili Aqıl Layıc sosial şəbəkə hesabında hazırda idarənin qarşısında onu gözlədiyini yazıb:

“Rəis heyətindən zəng edərək bildirdilər ki, qısa zaman ərzində Bəxtiyar inzibati binadan çıxacaq. Qeyd edim ki, xeyli müddətdir məni onun yanına buraxmırlar”.

Qeyd edək ki, B. Hacıyevin deputat Fazil Mustafanın şikayəti əsasında dindirildiyi bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*