Beyləqanda avtomobil kanala düşdü, iki nəfər xəsarət aldıbackend

Beyləqanda avtomobil kanala düşdü, iki nəfər xəsarət aldı

Beyləqanda yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Dünyamalılar kəndi ərazisində qeydə alınıb.

Belə ki 1962-ci il təvəllüdlü İsgəndərova Mehriban Yasəf qızının idarə etdiyi “Xəzər” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı kanala düşüb.

Hadisə nəticəsində sürücü və onun sərnişini 1948-ci il təvəllüdlü Həşimova Zəhra Murtuza qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki yaralı Beyləqan rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Beyləqan rayon polis şöbəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*